Bu adam Hz.Məhəmmədi təhqir etməyə hazırlaşır

Bu adam Hz.Məhəmmədi təhqir etməyə hazırlaşır

22 Fevral 2013 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

İslam, müsəlmanlar və ən başlıcası, Hz.Məhəmmədin (s.ə.s) ağır təhqir olunduğu karikaturalarla çox böyük qalmaqallara, kütləvi etiraz aksiyalarına və nümayişlərə səbəb olmuş isveçli rəssam Lars Vilks ölümlə hədələndiyini bildirib. Buna rəğmən o, yaşadığı Malmö şəhərindən heç bir yerə köçmək, gizlənmək niyyətində olmadığını bildirib.Oxumeni.az The Local-a istinadən bildirir ki, Vilks İslam və Hz.Məhəmmədlə (s.ə.s) bağlı yeni karikaturalar çəkəcəyini deyib. "Məni müsəlman fanatiklər ölümlə hədələsələr də, karikaturalar çəkməyə davam edəcəyəm. Malmödə müsəlman mühacirlər çoxdur, amma onlardan qorxmuram. Çünki təhdidlər və hədələr qarşısında geri addım atmaq, qorxmaq demokratiya dəyərlərinə xəyanət olardı. İslam peyğəmbərinin yeni karikaturalarını da Claude Monet, Peter Paul Rubens və Anders Zorn kimi məşhur rəssamların tanınmış tabloları stilində çəkəcəyəm", - Vilks söyləyib. Lars Vilksin 2007-ci ildə ilk dəfə Nerikes Allehanda qəzetində dərc edilmiş anti-İslam karikaturaları böyük qalmaqala səbəb olmuşdu.

O.M.