Emin Ağalarov dünya gündəmində

Emin Ağalarov dünya gündəmində

3 May 2011 16:49
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya şöhrətli rejissor Moskvada Emin Ağalarovun iki klipini çəkir. Məşhur azərbaycanlı müğənninin rəsmi internet saytından verilən məlumata görə, insan izdihamının, maşın və videokameraların müşayiət etdiyi Emini artıq Moskvanın küçələrində görmək olar.


Mərkəzi monitor arxasında ulduz rejissor Fil Qriffin (Phil Griffin) əyləşib. Bir çox dünya şöhrətli ulduzların kliplərini ekranlaşdıran Fil indi ulduzlar haqqında sənədli film çəkməyə üstünlük verdiyindən çox nadir hallarda musiqi çarxı çəkir. O, Emin üçün istisna edib.


Emin sutkada 15-20 saat kamera qarşısında dayanacaq. Çünki o, təkcə "Falling" mahnısını yox, həm də "Any Time You Fall" mahnısını ekranlaşdıracaq. Üstəlik, paralel olaraq foto-sessiya və Emin haqqında çəkiləcək qısametrajlı sənədli filmin materialı üçün səhnəarxası çəkilişlər var.


Qeyd edək ki, müğənni bu yaxınlarda özünün yeni "Wonder" albomunun tanıtımını Böyük Britaniyada uğurla həyata keçirib. Albomun "songraytinq"ləri dünyada məşhur olan Pol Berri və Ueyn Qektordur. Diskə Lara Fobianla, Enrike İqlesias, Ceyms Morrison və bir çox məşhur ifaçılarla işbirliyi ilə məşhur olan Braya Poulinq prodüserlik edib.

Emin bu ilin fevral ayında "Obvious" mahnısı ilə Rusiyadan və Azərbaycandan Britaniyanın BBC Radio 2-nin pleylistinə düşmüş ilk azərbaycanlı musiqiçidir. Həmçinin "Wonder" albomu Britaniyanın məşhur CITY BEAT radiosunun dalğalarında uğur qazanıb.


Musiqi ruhun qidasıdır...

Elvin Babayev

O.M.