Sərnişin avtobusu minik maşınını əzdi: yaralılar var

Sərnişin avtobusu minik maşınını əzdi: yaralılar var

22 Fevral 2013 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərində sərnişin avtobusu daha bir qəza törədib.Hadisə şahidlərinin verdiyi məlumata görə, dünən saat 22 radələrində metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında 108 saylı sərnişin avtobusu "VAZ-21015" markalı minik maşını ilə toqquşub. Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, qəzada Rafael Məmmədovun idarə etdiyi "Otokar" markalı avtobus Samir Əsədovun sükanı arxasında olduğu "VAZ 21015"lə toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alıb. Faktla əlaqədar araşdırma aparılır.

O.M.