23 yaşlı oğlan özünü öldürmək istədi

23 yaşlı oğlan özünü öldürmək istədi

22 Fevral 2013 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nərimanov rayonunda 23 yaşlı oğlan özünü öldürmək qərarına gəlib. Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gecə saat 00:21 radələrində 1990-cı il təvəllüdlü Əşrəf Muradov özünü zəhərləyib. Bunun üçün o, bir neçə qutu dərman içib. Onu huşsuz vəziyyətdə ailə üzvləri aşkarlayıb. Dərhal ƏşMuradov xəstəxanaya gətirilib. Həkimlərin səyi nəticəsində gəncin həyatını xilas etmək mümkün olub. Ə.Muradovun nə səbəbdən özünü öldürmək istəməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

O.M.