Mixail Saakaşvili Gürcüstan parlamentindən küsüb

Mixail Saakaşvili Gürcüstan parlamentindən küsüb

22 Fevral 2013 10:20
Bəyəndim (0) Bəyənmədim (0)
Deputatlar prezidentlə danışmaq istəmirlər

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə parlamentindən küsüb. "Вестник Кавказа (Qafqaz Carçısı)" qəzetinin verdiyi məlumata görə, M.Saakaşvili parlament spikerinin prezidentin çıxışının martın sonuna qədər təxirə salındığına dair bir qədər əvvəl səsləndirdiyi fikrə bu gün rəsmən narazılığını bildirib. Prezident David Usupaşvilinin bəyanatını dialoqdan imtina kimi qiymətləndirib. Bunu prezidentin adından onun mətbuat katibi Manana Mancqaladze rəsmi bəyanatda bildirib. Mətbuat katibinin sözlərinə görə, prezidentin yeganə tələbi Konstitusiyanın qorunması və parlamentlə danışıqların keçirilməsi olub: "Dialoq tərəflər arasında danışıqdır. Prezident parlament üzvlərinə fikirlərini bildirmək və onları dinləmək istəyir. Əgər prezidentə çıxış etmək imkanı verilmirsə və parlament danışmaq istəmirsə, bizə aydın deyil ki, dialoq necə baş tutacaq. Təəssüf ki, parlament spikerinin sözlərindən ancaq dialoqdan imtina etdiyini anlamaq olar".

O.M.