“Hyundai Sonata” piyadanı vurub öldürdü

“Hyundai Sonata” piyadanı vurub öldürdü

22 Fevral 2013 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 22-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Oxumeni.az-a verilən məlumata görə, Binəqədi-Mehdiabad yolunda 1987-ci il təvəllüdlü Süleymanov Cavid Cavad oğlu idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə piyadanı vurub. Nəticədə piyada 1960-cı il təvəllüdlü Rüstəmov Zabit Şəfi oğlu ağır bədən xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, keçinib. Faktla əlaqədar Binəqədi RPİ-də cinayət işi başlanılıb.

O.M.