Daha bir AES-də radiasiya sızması aşkar edilib

Daha bir AES-də radiasiya sızması aşkar edilib

3 May 2011 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

Təbii fəlakət nəticəsində nüvə böhranına səbəb olan "Fukusima -1" AES-də vəziyyətlə bağlı məlumatların gizli saxlandığını Yaponiya hökuməti etiraf edib. Yaponiya baş nazirinin müşaviri Qosi Kosono bildirib ki, bu, böhranla bağlı mümkün təşvişə yol verməmək üçün edilib. Qosi Kosono bu cür mövqeyin yanlış olduğunu da qeyd edib və bundan sonra qəzalı stansiya ilə bağlı bütün məlumatın yubadılmadan açıqlanacağını deyib. Xatırladaq ki, bəzi Qərb ölkələrinin nümayəndələri "Fukusima" atom elektrik stansiyasında insidentdən sonra Yaponiya rəhbərliyini məlumat çatışmazlığında ittiham edirdi.


Fukui prefekturasındakı Tsuruqa atom-elektrik stansiyasında da radiasiya sızması ilə bağlı şübhələr yaranıb. Stansiyanın ikinci reaktorunda soyuducu mayedə yüksək miqdarda radioaktiv izotop aşkar edilib. Radiasiya sızmasına nasaz yanacaq çubuqlarının səbəb ola biləcəyi ehtimal edilir. Fukusima AES-in operatoru olan şirkət isə yüksək radiasiya səviyyəsini azaltmaq, işçilərin içəri daxil olaraq qəzalı reaktorun soyutma sistemini bərpa etməsi üçün 1 nömrəli reaktorun yerləşdiyi binada hava filtrinin quraşdırılması üzrə işə başlayıb.


AES-lərdən gələn sızma xəbərləri Yaponiya rəsmilərinin beyninə qan sızdıracaq...

Tofiq Əliyev

O.M.