İki qadına məxsus bahalı maşınlar qəzaya uğradılar

İki qadına məxsus bahalı maşınlar qəzaya uğradılar

22 Fevral 2013 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə Bakının Yasamal rayonunda yol qəzası baş verib. Hadisə zamanı idarəetmədən çıxan minik avtomobili digər nəqliyyat vasitəsinə çırpılıb. Avtoqəza rayonun Tiflis prospektində qeydə alınıb. Belə ki, adı çəkilən prospektlə üzü İnşaatçılar prospekti istiqamətində hərəkətdə olan 31 yaşlı Mirzəyeva Rada Səfər qızı idarə etdiyi "Mercedes" maraklı avtomaşınla yol kənarında park edilmiş 30 yaşlı Həmzəyeva Arzu Vaqif qızına məxsus "Rang Rover" markalı markalı avtomobilin arxasını çırpılıb. Qəza nəticəsində hər iki avtomobil sahibi yüngül dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Yasamal rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalar aparılır.

O.M.