Sabah da mülayim hava şəraiti hökm sürəcək

Sabah da mülayim hava şəraiti hökm sürəcək

21 Fevral 2013 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, axşam isə çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Fevralın 22-si və 23-ü gündüz müşahidə olunacaq mülayim hava şəraiti, meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, fevralın 23-ü axşamdan fevralın 25-dək buludlu, rütubətli və küləkli havanın üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

O.M.