Sərnişinlər qatarı yandırdılar

Sərnişinlər qatarı yandırdılar

3 May 2011 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Argentinada səyahətin gecikməsinə hirslənən sərnişinlər üç qatarı yandırıblar. Paytaxt Buenos-Aires yaxınlığında üç ayrı qatar stansiyasında olan hadisələrə görə polis çağırılıb. Hadisələrdən ilki Haedo stansiyasında meydana gəlib. Hirsli yolçular qatarlardan birində makina və bilet kontorlarını çölə tullayıblar. Hər şey Sarmiento xəttində bir qatarın relsdən çıxması ilə başlayıb. Minlərcə adamın işə getmək üçün istifadə etdiyi xətdə bütün qatar səfərləri ləngiyib. Buna görə də daha 2 stansiyada da oxşar hadisələr baş verib. Polis vəziyyətin nəzarət altına alındığını və üç nəfərin tutulduğunu açıqlayıb.


Bizim qatarlar isə ünvana vaxtında yetişir, 2-3 saat fərqi nəzərə almasaq...

Tofiq Əliyev

O.M.