Bakı bulvarında daha bir intihar

Bakı bulvarında daha bir intihar

21 Fevral 2013 10:23
523
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Səbail rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Dənizkənarı Milli Park ərazisində, "Hökumət evi" ilə üzbəüz hissədə şəxsiyyəti hələlik məlum olmayan şəxs özünü dənizə atıb. 65-70 yaşlı şəxsin meyiti sudan çıxarılıb. Meyitə baxış keçirilib və hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Hazırda intihar etmiş kişinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Qeyd edək ki, bu hadisə son günlər Bakı bulvarında baş vermiş ikinci hadisədir.

O.M.