Abdulla Gül NABUCCO layihəsi barədə danışıb

Abdulla Gül NABUCCO layihəsi barədə danışıb

3 May 2011 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Abdulla Gül Avstriya səfəri zamanı NAUCCO layihəsi barədə danışıb. Gül NABUCCO kəmərinin doldurulmasında heç bir problemin olmadığını, bu layihənin bir çox neft ixrac edən ölkələr tərəfindən dəstəkləndiyini söyləyib. Prezident Gül bu cür fikirlərin Bakı - Ceyhan kəməri üçün də söylənildiyini, amma nəticədə bütün bunların əsassız olduğunun ortaya çıxdığını deyib. O, " Biz istənilən halda NABUCCO layihəsini dəstəkləyəcəyik. Bu layihə də həyata keçəcək və heç bir problem yaşanmayacaq", deyib.


Qeyd edək ki, NABUCCO kəməri Azərbaycan qazının dünya bazarına çıxarılmasına şərait yaradan alternativ bir layihədir. Bu kəmərə Azərbaycanla yanaşı Qazaxıstan və Türkmənistanın da qatılması nəzərdə tutulub.


Qaza gəlmək lazım deyil. Onsuz da Rusiya Şimal Marşrutuna alternativ bir layihənin icrasına imkan verməyəcək.

Elvin Babayev

O.M.