Dəm qazı onu cənginə almaq istədi
Qusar şəhərində dəm qazında zəhərlənmə baş verib.Məlumata görə, şəhərin Həzi Aslanov küçəsində yaşayan 1981-ci il təvəllüdlü Seyidov Bəxtiyar Alik oğlu hamamda yuyunarkən dəm qazından zəhərlənib. O, dərhal Qusar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər