Sumqayıt-Saray yolunda ağır yol qəzası

Sumqayıt-Saray yolunda ağır yol qəzası

21 Fevral 2013 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Sumqayıtdan Saraya gedən istiqamətdə ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, "VAZ-2107" markalı 21 CE 075 dövlət nömrə nişanlı avtomobil qarşıda gedən "VAZ-2107" markal maşına çırpılıb və daha sonra yolun kənarındakı dirəyə dəyib. Qəza nəticəsində avtomobil yararsız hala düşüb. Sürücü isə hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Meyit maşından xüsusi alətlər vasitəsilə çıxarılıb.

O.M.