“Jiquli” ilə “Daewoo” toqquşub

“Jiquli” ilə “Daewoo” toqquşub

21 Fevral 2013 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nəsimi rayonu ərazisində, Hüseyn Seyidzadə və Cavadxan küçələrinin kəsişməsində yol qəzası baş verib. Hadisə zamanı iki minik avtomobili toqquşub. Məlumata görə 25 yaşlı Ələkbərov Emil Tahir oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə 25 yaşlı Səfərov Nurəddin Alyaska oğluna məxsus "Daewoo" markalı digər nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avomobilə ziyan dəyib. Fakla bağlı Bakı şəhər dövlət yol polisi idarəsində araşdırmalar aparılır. Qəzanın hansı sürücünün günahı nəticəsində baş verdiyi təyin ediləcək avtotexniki ekspertizanın sonunda bəlli olacaq.

O.M.