VİDEO: Elşad Abdullayev daha bir video yayıb

VİDEO: Elşad Abdullayev daha bir video yayıb

21 Fevral 2013 09:28
Bəyəndim (0) Bəyənmədim (0)
Video görüntüdə Daxili İşlər Nazirliyinin polkovniki Rasim İldırımzadə var

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) hazırda Fransada olan sabiq rektoru Elşad Abdullayev dünən daha bir video görüntü yayıb. E. Abdullayevin yaydığı video görüntü 2004-cü ilin noyabrında qeydə alınıb. Video görüntüdə Daxili İşlər Nazirliyinin polkovniki Rasim İldırımzadə ilə Elşad Abdullayev arasında ikincinin qardaşı Mahir Abdullayevin itkin düşməsi və geri qaytarılması ilə bağlı danışıq əksini tapıb.
R. İldırımzadə M. Abdullayevin Azərbaycanın qonşuluğundakı ölkələrdən birində olduğunu, sərbəst həyat tərzi sürdüyünü, bir neçə il ölkəyə gəlməsinin, yaxınları ilə əlaqə saxlamasının mümkünsüzlüyünü deyir. O bildirir ki, M. Abdullayevlə bağlı hadisə kriminal olay deyil, o oğurlanmayıb. Sadəcə, M. Abdullayev özü bir neçə il üzə çıxmaq, ölkəyə gəlmək istəmir və bununla bağlı özünün səbəbləri var. Amma E. Abdullayevin israrlarına baxmayaraq, R. İldırımzadə bu informasiyaları haradan əldə etdiyini, M. Abdullayevin harada olması, niyə ailəsi ilə əlaqə saxlamamasının səbəbi barədə məlumat vermir. O, bu sualların hamısına "özü gəlib sənə ətraflı danışacaq, sonra istəsən onu xaricə göndərərsən" deyə, cavab verir.
O, M. Abdullayevi ayın sonuna qədər ( 2004-cü il noyabr ayının sonu nəzərdə tutulur-red) geri qaytaracağını deyib, E. Abdullayevdən israrla qardaşını ondan istəməsini xahiş edir. R. İldırımzadə həm də dəfələrlə E. Abdullayevdən "son məqamda onu pərt vəziyyətdə qoymamağı" da xahiş edir.