Erməni hərbçilərə Azərbaycan dili tədris olunacaq

Erməni hərbçilərə Azərbaycan dili tədris olunacaq

20 Fevral 2013 13:24
518
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan dili ilə yanaşı dərslər erməni, rus, ingilis dillərində olacaq
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində təcavüzkar rejim tərəfindən inşa etdirilən Suvorov və Madatov adına hərbi məktəbin tikintisi davam edir. Oxumeni.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, "təhlükəsizliyin təminatı" çərçivəsində həyata keçirilən layihənin tikinti koordinatoru Qarabağ müharibəsi veteranı, general-mayor Arkadi Ter-Tadevosyan bildirib ki, hərbi məktəb bütün müasir beynəlxalq norma və standartlara cavab verəcək. Tadevosyan dərslərin erməni, rus, ingilis və Azərbaycan dillərində keçiriləcəyini deyib. Qeyd edək ki, layihəyə əsasən, hərbi hissələrdən başqa, məktəbin iri iclas zalı, tribunalarla futbol meydanı, güləş və boks, ağır atletika, basketbol, voleybol və tennis zal və meydançaları, habelə meyvə bağı və oranjereyası olacaq. Məktəbin tikintisi 2014-cü ildə başa çatacaq.

O.M.