Fevralın 25-də məktəblərdə ilk dərs saatı Xocalı soyqırımına həsr ediləcək

Fevralın 25-də məktəblərdə ilk dərs saatı Xocalı soyqırımına həsr ediləcək

20 Fevral 2013 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda fevralın 25-də ali, orta ixtisas, ümumtəhsil, ilk peşə-ixtisas, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs saatı Xocalı soyqırımına həsr ediləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, təhsil naziri Misir Mərdanovun "Xocalı soyqırımının iyirmi birinci ildönümünün keçirilməsi barədə" verdiyi əmrə əsasən, bununla bağlı bütün təhsil müəssisələrinə tapşırıqlar verilib. Əmrdə qeyd edilib ki, fevralın 20-25-də ali və orta ixtisas təhsil müəssisələrinin internet səhifələrinə Xocalı soyqırımını əks etdirən məlumatları daxil edilməlidir. Ümumtəhsil, ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgiləri, bədii gecələr keçirilməli, tamaşalar hazırlanmalı, sənədli və bədii filmlərin nümayişini təşkil edilməlidir. Ümumtəhsil, ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrində Xocalı soyqırımına həsr olunmuş matəm mitinqləri, xatirə gecələri, həmçinin soyqırımın şahidi olan adamlarla görüşlər keçirilməlidir.

O.M.