Daha iki rayona prokuror təyin olunub

Daha iki rayona prokuror təyin olunub

20 Fevral 2013 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Baş prokuror Zakir Qaralov iki rayona prokuror təyin edib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Qubadlı rayon prokuroru vəzifəsini icra edən Qabil Əliyev həmin vəzifədən azad edilərək Biləsuvar rayon prokuroru, Biləsuvar rayon prokuroru vəzifəsini icra edən Seyfəddin Həsənov isə həmin vəzifədən azad edilərək Sabirabad rayon prokuroru vəzifəsinə təyin olunub.

O.M.