Bakıda avtomobillərin park edilməsi üzrə vahid tarif tətbiq olunacaq

Bakıda avtomobillərin park edilməsi üzrə vahid tarif tətbiq olunacaq

20 Fevral 2013 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda avtomobillərin park edilməsi üzrə vahid tarif tətbiq olunacaq. Bu barədə çərşənbə günü Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, təklif Tarif Şurasına təqdim olunub və bu istiqamətdə il ərzində real addımların atılacağı gözlənilir. Hazırda paytaxtda 160-170 yerüstü avtomobil dayanacağının tikintisi nəzərdə tutulub. Həmin avtomobil dayanacaqlarının təxminən 80 faizi 300-1000 avtomobil üçün nəzərdə tutulub. Onların arasında 2000 avtomobil üçün dayanacaqlar da var.

O.M.