Xocalı həqiqətləri artıq ABŞ-ın ürəyində döyünür

Xocalı həqiqətləri artıq ABŞ-ın ürəyində döyünür

20 Fevral 2013 11:44
Bəyəndim (0) Bəyənmədim (0)
Sadə amerikalılar 21 il əvvəl baş vermiş faciə ilə tanışdırlar

Xocalı həqiqətlərinin ABŞ-da eləcə də bütün dünyada tanıdılması üçün başlanmış kampaniya tam gücü ilə davam etdirilir. Azərbaycan Amerika Alyansından verilən məlumata görə, ABŞ-ın iri şəhərlərinin mərkəzi küçə və meydanlarında Xocalı həqiqətlərini əks etdirən tanıdıcı lövhələr asılıb. Bu lövhələrdə 21 əvvəl baş vermiş faciə rəqəmlərin dili ilə ifadə olunub. Nyu-Yorkun "Times Square" meydanı da istisna deyil. Burada Xocalı faciəsi haqda əsas məlumatlar yer alıb. Bundan başqa, xüsusi avtomobil ABŞ küçələrində şütüyərək üzərindəki yazılarla şəhər əhalisini tanış edir.

O.M.