"Binə" Ticarət Mərkəzində dükan yanıb

"Binə" Ticarət Mərkəzində dükan yanıb

20 Fevral 2013 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Binə Ticarət Mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarında Qaradağ rayonunda yerləşən "Binə" Ticarət Mərkəzinin ərazisində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.