Məktəblilərin yaz tətili günlərində dəyişiklik olub

Məktəblilərin yaz tətili günlərində dəyişiklik olub

20 Fevral 2013 11:41
Bəyəndim (0) Bəyənmədim (0)
Orta məktəblərdə dərslər martın 27-də başlayacaq

Azərbaycanda məktəblilərin yaz tətili günlərində dəyişiklik olub. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, məktəblilərin yaz tətilinin müddəti martın 17-dən 24-nə qədərdir: "Lakin martın 17-si bazar gününə düşdüyündən 5 günlük qrafiklə işləyən məktəblərin şagirdləri martın 15-dən, 6 günlük qrafiklə işləyən məktəblərin şagirdləri isə martın 16-dan yaz tətilinə çıxırlar. Novruz bayramı ilə bağlı Nazirlər Kabinetinin elan etdiyi qeyri-iş günləri ilə əlaqədar orta məktəblərdə dərslər martın 27-də başlayacaq".

O.M.