Ötən ay ölkəmizdən 705 əcnəbi vətəndaş çıxarılıb

Ötən ay ölkəmizdən 705 əcnəbi vətəndaş çıxarılıb

3 May 2011 15:16
Bəyəndim (0) Bəyənmədim (0)


Dövlət Miqrasiya Xidmətinə (DMX) ötən ay əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 4.474 müraciət daxil olub. Müraciətlər ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı olub.


Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib. Həmçinin DMX əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.


Keçirilmiş tədbirlər nəticəsində 887 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 182 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 563 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 142 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib. 46 nəfər əcnəbinin 16 yaşı tamam olmadığından həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmayıblar.


Bizim vətəndaşlar yaşamaq üçün Qərb ölkələrinə üz tuturlar. Pakistan, Çin kimi şərq dövlətlərindən baxanda Azərbaycan da qərbdə görünür.

Elvin Babayev

O.M.