Tələbə yataqxanası yanıb

Tələbə yataqxanası yanıb

20 Fevral 2013 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

Oxumeni.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda Azərbaycan Dövlət Neft Akademiyasının hündürmərtəbəli yataqxanasında yanğın baş verib. Belə ki, səhər sübh çağı yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 16 kv.m olan 1 otağın yanar konstruksiyaları yanıb.
Qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın saat 07:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.