İş adamı atasının məzarı yanında intihar edib

İş adamı atasının məzarı yanında intihar edib

3 May 2011 15:07
Bəyəndim (0) Bəyənmədim (0)


Göyçay rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs intihar edib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Göyçay şəhəri Əli Kərim küçəsi, 27 saylı mənzildə yaşayan, 1969-cu il təvəllüdlü Həsənov Əli Nurəddin oğlu ötən gün saat 15.00 radələrində qəbiristanlıqda, atasının məzarının yanında 0.5 litr sirkə turşusu içərək intihar edib.


Bu hadisədən xəbər tutan yaxınları onu Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar. Vəziyyəti daha da ağırlaşdığı üçün ilkin tibbi yardımdan sonra Ə. Həsənov Respublika Toksikoloji Mərkəzə aparılıb.

Əli Həsənov mayın 3-də gecə saat 03:00 radələrində dünyasını dəyişib. Göyçay şəhərində avtomobillərin ehtiyat hissələrinin satış mağazasının sahibi olan Ə. Həsənovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.



Tofiq Əliyev