İcra başçılarına “BMW” veriləcək

İcra başçılarına “BMW” veriləcək

19 Fevral 2013 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın günlərdə Azərbaycanın rayon şəhər icra hakimiyyəti başçılarına yeni avtomobillər veriləcək. Oxumeni.az xəbər verir ki, bununla bağlı "Bizim Yol"a daxil olan məlumatda qeyd olunur ki, icra başçılarına Almaniya istehsalı olan son model BMW-lər paylanacaq. Dəyəri 100 min manatdan baha olan avtomobillərin artıq ölkəyə gətirildiyi bildirilir. Məlumata görə, icra başçıları hazırda xidmətlərində olan xidməti maşınlarını birinci müavinlərinə verəcəklər.

O.M.