Bakıda “BMW” içərisində 3 nəfərlə birlikdə yandı

Bakıda “BMW” içərisində 3 nəfərlə birlikdə yandı

19 Fevral 2013 13:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 11:55 radələrində Bakının Şıxov qəsəbəsində Salyan yolunun 32-ci kilometrliyində içərisində insanların olduğu minik avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, BMW markalı 10 .. 905 dövlət nömrə nişanlı avtomobil birdən alışıb. Verilən məlumata görə, avtomobilin içərisində 3 nəfər köməksiz insan qalıb. Daxil olan məlumata əsasən dərhal hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Maşının içərisində olan 3 nəfər xilas edilib və maşın söndürülüb. Yanğın nəticəsində 2 nəfər ağır, 1 nəfər isə yüngül yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisənin nə səbəbdən baş verməsi araşdırılır.

O.M.