Qarabağ üçün tələb olunan 100 min səs toplanıldı

Qarabağ üçün tələb olunan 100 min səs toplanıldı

19 Fevral 2013 11:25
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ prezidentinin bununla bağlı bəyanat verəcəyi gözlənilir

Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınması məqsədilə "Ağ Ev"in rəsmi internet səhifəsində yerləşdirilmiş petisiyaya üçün səsvermə uğurla başa çatıb. Oxumeni.az-ın məlumatına görə, səsvermə üçün tələb olunan 100 min səs toplanıb.
Qeyd edək ki, "Ağ Ev"in rəsmi veb-səhifəsində yer alan "Biz xalqıq" (We the people) bölməsində yerləşdirilmiş petisiyaya yanvarın 25-dən başlayıb. Səsvermənin sonuncu günü fevralın 22-i olsa da, artıq tələb olunan səs toplanıb. Xatırladaq ki, ,bir neçə gün bundan öncə Xocalı qətliamının tanınması məqsədilə "Ağ Ev"in rəsmi veb səhifəsində başladılan petisiya üçün lazım olan 100 min səs toplandı. Hər iki səsvermədə tələb olunan səslər toplanarsa, ABŞ prezidentinin bununla bağlı bəyanat verəcəyi gözlənilir.

O.M.