Səbail və Yasamal rayonları susuz qalacaq

Səbail və Yasamal rayonları susuz qalacaq

19 Fevral 2013 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 19-20-də Bakının Səbail və Yasamal rayonlarının bəzi yerlərində içməli suyun təchizatında məhdudiyyətlər yaranacaq. "Azərsu" ASC-dən Oxumeni.az-a verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə paytaxtın Yasamal rayonu Mikayıl Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulur: "Bununla əlaqədar fevralın 19-20-də Səbail rayonunun Badamdar və Bayıl qəsəbələrinin bəzi yerlərinə, eləcə də Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək. Yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyirik".

O.M.