62 yaşlı kişi özünü güllələyib

62 yaşlı kişi özünü güllələyib

19 Fevral 2013 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Bu barədə Oxumeni.az-a Şəhər Prokurorluğundan bildirilib. Hadisə şəhərin köhnə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 62 yaşlı Ədalət Əbülfət oğlu Quliyev yaşadığı evdə "Vençestr" markalı silahdan başına atəş açaraq özünü öldürüb. Mərhum intihar etməzdən əvvəl məktub yazıb. Məktubda o, ölümündə heç kimin günahı olmadığını qeyd edib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

O.M.