Beyləqanda baş verən yol qəzasında 2 nəfər ölüb

Beyləqanda baş verən yol qəzasında 2 nəfər ölüb

18 Fevral 2013 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Beyləqan rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Beyləqan rayon sakinləri Ruslan Sadıqovun idarə etdiyi "VAZ-2106" markalı və Orxan Cavadlının idarə etdiyi "Mercedec-Benz E 240" markalı avtomaşınlar toqquşub. Nəticədə, Ruslan Sadıqovun sərnişinləri Lənkəran sakini 20 yaşlı Mirbəşir İsmayıllı hadisə yerində, xəsarət alan Beyləqan sakini 26 yaşlı Fuad İsmayılov isə xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

O.M.