Yaxın 2 gündə Azərbaycanda hava şəraiti qeyri-sabit olacaq

Yaxın 2 gündə Azərbaycanda hava şəraiti qeyri-sabit olacaq

18 Fevral 2013 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 5-9, gecə 3-5 dərəcə isti təşkil edəcək. Fevralın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5, gündüz 6-11 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında fevralın 19-20-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gündüz 6-11, gecə 1-5 dərəcə isti, dağlıq rayonlarda isə gündüz 2-6 dərəcə isti, gecə 3-8 dərəcə şaxta olacaq. Fevralın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

O.M.