Astarada 1 yaşlı uşaq yanaraq öldü

Astarada 1 yaşlı uşaq yanaraq öldü

18 Fevral 2013 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda 1 yaşlı uşaq faciəli şəkildə ölüb. Məlumata görə, hadisə Astara rayonunun Səlivə kəndində qeydə alınıb. Kənd sakini Bəylər İbrahimova məxsus taxtadan tikilən ümumi sahəsi 9 kv/m olan 1 otaqlı evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanaraq sıradan çıxıb. Yanğın zamanı həmçinin Bəylər İbrahimovun qızı 1 yaşlı Aytac isə aldığı yanıq xəsarətindən ölüb.

O.M.