Övladını müəllim yanına hazırlığa yola salan valideyn 3 gündür onun yolunu gözləyir

Övladını müəllim yanına hazırlığa yola salan valideyn 3 gündür onun yolunu gözləyir

18 Fevral 2013 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Rayon Polis İdarəsindən Oxumeni.az-a verilən məlumata görə, İ.Hüseynov adına orta məktəbin 11-ci sinif şagirdi Anar Həsənov yoxa çıxıb. Məktəblinin atası Qurban Həsənov polisə müraciət edərək 17 yaşlı övladının hazırlığa getdiyini və bir daha geri qayıtmadığını bildirib. İşi araşdıran Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin təhqiqatçısı Knyaz Vəliyev açıqlamasında bildirdi ki, A.Həsənov araşdırma müddətində tapılmasa, axtarışa veriləcək. Onun sözlərinə görə, hələlik Anar Həsənovun harada olması barədə məlumat yolxdur.

O.M.