Hərbçi yol qəzasında ağır xəsarət alıb

Hərbçi yol qəzasında ağır xəsarət alıb

18 Fevral 2013 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda hərbçi yol qəzasına düşüb. Bu barədə Abşeron rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, "N" saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu Qismət Ələkbərovun idarə etdiyi "Jiqulu" markalı minik maşını yolun əks istiqaməti ilə hərəkət edən "Shackman" markalı yük maşını ilə toqquşub. Nəticədə Q. Ələkbərov ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib. Fakta bağlı araşdırma aparılır.

O.M.