BQXK nümayəndələri əsirlikdə olan əsgərimizə baş çəkiblər

BQXK nümayəndələri əsirlikdə olan əsgərimizə baş çəkiblər

18 Fevral 2013 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Komitəsinin (BQXK) nümayəndələri erməni əsirliyində olan Azərbaycan Ordusunun əsgərinə baş çəkiblər. Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, başçəkmə yanvarın 30-da həyata keçirilib. Əsirə ailə məlumatları ötürülüb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu ötən ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb. Fevralın 7-də isə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə - bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. Saxlanılan şəxslərə ailə məlumatları ötürülüb. Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.

O.M.