Naxçıvanda hərbi təlim zamanı tank aşıb, bir hərbçi ölüb

Naxçıvanda hərbi təlim zamanı tank aşıb, bir hərbçi ölüb

18 Fevral 2013 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda hərbi təlim zamanı ölüm hadisəsi baş verib. Məlumata görə, hadisə fevralın 15-də Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə qeydə alınıb. Hərbi təlim zamanı müddətdən artıq xidmət edən hərbi qulluqçu Müşfiq Qəzənfər oğlu Bəylərovun idarə etdiyi tank xəndəyə düşərək aşıb. M. Bəylərov tankdan çıxmaq istəyərkən texnikanın altında qalaraq ölüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev əsgərin qəza nəticəsində dünyasını dəyişməsi faktını təsdiqləyib.

O.M.