Orta məktəblərdə buraxılış imtahanları nə vaxt olacaq?

Orta məktəblərdə buraxılış imtahanları nə vaxt olacaq?

15 Fevral 2013 13:52
913
Bəyəndim (0) Bəyənmədim (0)
Monitorinq imtahanlarının hansı məktəblərdə və hansı fəndən keçiriləcəyi internet vasitəsi ilə əvvəlcədən elan ediləcək

Orta məktəblərdə monitorinq imtahanları aprel-may ayında aylarında keçiriləcək. Bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. O, deyib ki, monitorinq imtahanlarının hansı məktəblərdə və hansı fəndən keçiriləcəyi internet vasitəsi ilə əvvəlcədən elan ediləcək və cədvə formasında TQDK-nın saytında yerləşdiriləcək. M. Abbazadə bu il orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarının iyun ayında keçirəcəyini deyib. "Ancaq dəqiq vaxt hələlik məlum deyil". TQDK sədri vaxtın dəqiqi müəyyən edilməməsinin şagird bazasının tam hazır olmaması ilə izah edib. Onun sözlərinə görə, bazanın doldurulması üzrə ən aşağı göstərici Sabirabaddadır- 64 faiz. Bazanın doldurulmasının bu günkü səviyyəsi ümumilikdə 84 faizdir.

O.M.