Peykimiz bu gün orbitdə öz yerini tutacaq

Peykimiz bu gün orbitdə öz yerini tutacaq

15 Fevral 2013 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda peyk erkən orbit əməliyyatları planına uyğun olaraq müvəffəqiyyətlə hərəkətinə davam edir. Azərbaycanın, fevralın 8-də Fransa Qvianasının Kuru kosmodromundan kosmosa buraxdığı "Azərspace-1", ilk milli süni telekommunikasiya peyki, bu gün orbitdə öz yerini tutacaq. Bu barədə "Azərkosmos" açıq səhmdar cəmiyyətinin yaydığı məlumatda deyilir. Telekommunikasiya peyki, təyin olunan geostasionar orbitinə çıxarıldıqdan dərhal sonra, peykin sistemləri yoxlanılıb və işlək vəziyyəti təsdiq olunub. Hazırda peyk erkən orbit əməliyyatları planına uyğun olaraq müvəffəqiyyətlə hərəkətinə davam edir. Martın sonlarına doğru "Azerspace-1" peyki tam olaraq "Azerkosmos"-a təhvil veriləcək. Bundan sonra idarəetmə "Azərkosmos"un mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

O.M.