Keçid balları aşağı salınacaqmı?

Keçid balları aşağı salınacaqmı?

15 Fevral 2013 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu il keçiriləcək qəbul imtahanlarında da ötən illərdə olduğu kimi bəzi ixtisas qruplarında keçid ballarının aşağı salınıb-salınmayacağına aydınlıq gətirib: "Keçid balları birinci sınaq imtahanından sonra müəyyən olunacaq. Yəni abituriyentlərin sınaq imtahanlarında göstərəcəkləri nəticəyə uyğun olaraq keçid ballarını müəyyənləşdirəcəyik".
TQDK sədri onu da qeyd edib ki, ötən il 150-200 bal arası toplayan abituriyentlərin sayı cəmi 2800 nəfər olub. "Əgər 150 bal toplayan abituriyent ali təhsil almaq istəyirdisə, biz ona şərait yaratmışdıq. Lakin həmin tələblər ali məktəbdə oxuya bilməsələr, semestr imtahanlarını verə bilməsələr, universitetdən xarici olunmalıdır. Bu barədə isə "Tələbə-məzun" elektron sisteminə məlumat yerləşdirilməlidir. Hələ ki, həmin tələbələr barədə adıçəkilən sistemə məlumat yerləşdirilməyib" - deyə, TQDK sədri M. Abbaszadə əlavə edib.

O.M.