TQDK qəbul qaydalarını açıqladı

TQDK qəbul qaydalarını açıqladı

15 Fevral 2013 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə builki qəbul qaydalarını açıqlayıb. Oxumeni.az-ın məlumatına görə, komissiya sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ali və orta ixtisas təhsili məktəblərinə ərizə qəbulu internet vasitəsilə aparılacaq: "Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda internet vasitəsi ilə komissiyanın rəsmi saytında "Abituriyentlərin elektron ərizəsi"ni dolduraraq müvafiq sənədləri Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Onu deyim ki, hüquqi cəhətdən heç bir dəyişiklik yoxdur".
Fənlər üzrə açıq tipli test nümunələrinə gəldikdə, TQDK sədri qeyd edib ki, bu il iki fənn üzrə açıq tipli test daxil edilib. "I ixtisas qrupunda-riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda-riyaziyyat və kimya fənlərindən açıq tipli test tapşırıqlarından istifadə ediləcək" - deyə, TQDK sədri əlavə edib.

O.M.