Abituriyentlərin nəzərinə - qəbul imtahanlarının vaxtı açıqlandı

Abituriyentlərin nəzərinə - qəbul imtahanlarının vaxtı açıqlandı

15 Fevral 2013 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

III ixtisas qrupuna hazırlaşanlar birinci, II ixtisas qrupu üzrə hazırlaşanlar isə sonuncu gün imtahan verəcəklər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üçün Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının vaxtını açıqlayıb. Oxumeni.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə deyib ki, III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 21-də, IV ixtisas qrupu üzrə iyulun 28-də, II ixtisas qrupu üzrə imtahan isə avqustun 3-də keçiriləcək.

O.M.