Məcburi köçkünlərin bağladığı yolda hərəkət bərpa edilib

Məcburi köçkünlərin bağladığı yolda hərəkət bərpa edilib

15 Fevral 2013 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu ərazisində məcburi köçkünlər yolu bağlamışdılar. Oxumeni.az xəbər verir ki, məcburi köçkünlər Bakıda Tbilisi prospektində, Nəqliyyat Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binasının qarşısındakı yolu bağlamışdılar. Əraziyə cəlb edilən polis əməkdaşlarının səyi nəticəsində yolu açmaq mümkün olub. Faktı təsdiq edən Yasamal rayon Polis İdarəsindən bildiriblər ki, artıq yolda hərəkət bərpa olunub. Məcburi köçkünlər məişət problemlərinin hələ də həllini tapmamasından şikayətləniblər.

O.M.