Şəhər telefonlarına limit qoyulacaq

Şəhər telefonlarına limit qoyulacaq

3 May 2011 13:19
Bəyəndim (0) Bəyənmədim (0)


Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Nazir bildirib ki, Azərbaycanda stasionar telefonlarda dəqiqə hesabı ödəniş sisteminin tətbiqi məsələsinə hazırda Tarif Şurasında baxılır. Onun sözlərinə görə, nazirlik artıq müvafiq təkliflərini Tarif Şurasına təqdim edib. Nazir stasionar telefon rabitəsindən istifadəyə görə dəqiqə hesabı ödəniş sisteminə keçdikdən sonra aztəminatlı ailələr və KİV üçün güzəştlərin tətbiq ediləcəyini bildirib. Qeyd edək ki, istənilən halda əhaliyə indiki (2 manat aylıq abunə haqqı sistemi) və yaxud cüzi qiymətlə vaxta görə ödəniş sistemləri arasında seçim təklif olunacaq.


Görəsən, telefonda seriallardan serial kimi davamlı söhbət edənlərə güzəşt olunacaqmı?..

Tofiq Əliyev

O.M.