Bakıda zəncirvari qəza: tibb maşınında olanlar yaralandılar

Bakıda zəncirvari qəza: tibb maşınında olanlar yaralandılar

14 Fevral 2013 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, Şamaxı-Bakı magistralının 119-cu kilometrliyində, Bakının Sulutəpə qəsəbəsi ərazisində sərnişin avtobusu, "Shacman" markalı yük avtomobili və təcili tibbi yardım maşını toqquşub. Sərnişin avtobusunun boş olduğu və qaraja getdiyi bildirilir. Qəza nəticəsində təcili tibbi yardım maşınında iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar və şəxsiyyətləri dəqiqləşdirilir.

O.M.