Zaqatalada bir gecədə iki ev yanıb

Zaqatalada bir gecədə iki ev yanıb

14 Fevral 2013 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən (YMH) verilən məlumata görə, birinci yanğın hadisəsi fevralın 13-ü saat 23.30 radələrində rayonun Kebeloba kəndində, Məhərrəmov Nurəddin Məhyəddin oğluna məxsus, ümumi sahəsi 150 kv/m olan birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evində baş verib. Yanğın nəticəsində N. Məhərrəmova məxsus evin yanar konstruksiyaları və içindəki əşyalar yanaraq yararsız hala düşüb. Məlumatlara görə, N. Məhərrəmov evi özü yandırıb. Digər yanğın hadisəsi fevralın 13-dən 14-ə keçən gecə rayonun Danaçı kəndində, Mustafayev Vüqar Əshabəli oğluna məxsus, ümumi sahəsi 140 kv/m olan birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evində baş verib. Yanğın nəticəsində evin 100 kv/m sahəsinin yanar konstruksiyaları və əşyaları yanaraq yararsız hala düşüb. Hər iki yanğın hadisəsi zamanı yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Hər iki faktla bağlı Zaqatala rayon YMH-də araşdırma aparılır.

O.M.