Orta məktəbə bomba qoyulması xəbəri yayıldı

Orta məktəbə bomba qoyulması xəbəri yayıldı

13 Fevral 2013 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

Qazax rayonunda məktəbə bomba qoyulması barədə polisə məlumat daxil olub. Məlumata görə, dünən saat 16:30 radələrində naməlum şəxs şöbəyə zəng vuraraq rayonun 1 saylı orta məktəbinə bomba qoyulması barədə məlumat verib. Dərhal hüquq-mühafizə orqanı əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə dəstəsi məktəbdə axtarışlara başlayıblar. Binada heç bir partlayıcı qurğu aşkarlanmayıb. Qazax Rayon Polis Bölməsinin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri zamanı zəng edən şəxsin rayon sakini, 1995-ci il təvəllüdlü Bayramov Həsrət Zirəddin oğlu olduğu müəyyən edilib.

O.M.