Erməni silahlı bölmələri mövqelərimizi iriçaplı silahlardan atəşə tutublar

Erməni silahlı bölmələri mövqelərimizi iriçaplı silahlardan atəşə tutublar

13 Fevral 2013 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri mövqelərimizi iriçaplı silahlardan atəşə tutublar. Müdafiə Nazirlyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinarlı və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun işğal olunmuş Nəmirli, Qaraqaşlı və Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri avtomat, pulemyot və iriçaplı pulemyotlardan atəşə tutulub.