12 günə 11 itki

12 günə 11 itki

13 Fevral 2013 10:02
602
Bəyəndim (0) Bəyənmədim (0)

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 11 nəfər təşkil edib. Ötən müddətdə 5 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 2-i döyüş (2 nəfər erməni gülləsi), 9-u isə qeyri-döyüş itkiləridir. Məlumata görə, 2 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma), 1 nəfər avtoqəzadan, 3 nəfər helikopter qəzasından, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 9-u Müdafiə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN), hərbi qulluqçularıdır. Yaralılara və xəsarət alanlara gəlincə (5 nəfər) onların 3-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 1-i erməni gülləsindən, 1-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 4 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur.

O.M.